USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şadlıq evi elektrik enerjisindən qanunsuz istifadə edir - FOTOLAR

15.01.2019 İqtisadiyyat
0 0
“Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər.

Bu barədə "Kommersant.az"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Baxış zamanı aydın olub ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə sayğacdan kənar 3 ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib. Hazırda "Kral" şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.

"Azərişıq" bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

"Azərişıq" əməkdaşları mütəmadi olaraq "Elektrik Enerjisindən istifadə Qaydaları"na uyğun yoxlamalarını davam etdirirlər.

  • Əvvəlki

    Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlandı

Digər xəbərlər