USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nəhəng investisiya şirkəti SOCAR-la ortaqlığı genişləndirmək istəyir

01.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti “Goldman Sachs International” investisiya şirkətinin icraçı direktorları Sarel Eldor, Yakut Seyhanlı və Anton Sıçevlə görüşüb.

SOCAR-ın yaydığı məlumata görə, görüşdə bu il SOCAR-ın bir sıra mühüm layihələri, o cümlədən "Goldman Sachs International" şirkətinin paydaş olduğu STAR neft emalı zavodunun və TANAP boru kəməri kimi layihələrin tamamlanmaq üzrə olduğu bildirilib. "Goldman Sachs International" şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu dövrdə hələ ilkin layihəndirmə mərhələsində olan sənaye obyektlərinin tikintisi bu gün artıq tamamlanmaq üzrədir və yaxın zamanda həmin müəssisələr gəlir gətirməyə başlayacaq.

SOCAR-ın əldə etdiyi uğurlu nəticələr gələcək əməkdaşlığın daha da əlverişli vasitələrlə davam etdirilməsinə stimul verir. Bu baxımdan SOCAR hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarda müəyyənləşdirmək üçün "Goldman Sachs" ilə birgə təhlil və araşdırma aparacaq.

Görüşdə, həmçinin SOCAR-ın Türkiyədə və bütün dünyada genişlənən ticarət əməliyyatlarının maliyyələşdirilməsi ilə bağlı "Goldman Sachs International" Şirkətinin mümkün rolu gündəmə gətirilib. "Goldman Sachs International" SOCAR-ın dünya üzrə infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır. Bu istiqamətlərdə araşdırmaların aparılması üçün şirkətlər arasında işçi qrupunun fəaliyyəti planlaşdırılıb.

SOCAR "Goldman Sachs International" ilə əməkdaşlığı 2014-cü ilin dekabrında "Petlim" limançılıq şirkətinin 30 faizlik payının alınması ilə başlamışdır. 2015-ci ildə isə "Goldman Sachs" SOCAR-ın törəməsi olan "SOCAR Turkey Energy A.Ş." şirkətinin 13 faizinə yiyələnmək üçün 1,3 milyard dollar vəsait sərf etmişdir. Goldman Sachs investisiya şirkətinin baş ofisi Nyu-Yorkdadır. Goldman Sachs investisiya bankçılığı, qiymətli kağızlar, investisiya menecmenti sahəsində fəaliyyət göstərir.

  • Əvvəlki

    "Şərtlərimiz cəlbedicidir, kredit üçün bizə müraciətlər artır" - MÜSAHİBƏ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0