USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb

01.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.

"Kommersant.Az" xəbər verir ki, "APA-Economics"in sorğusuna cavab olaraq bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, "Azərenerji" və "TAVANİR" şirkəti arasında imzalanan müqaviləyə əsasən bu gün saat 11:00 radələrindən "Azərenerji" ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 MVt olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.

Qeyd edək ki, bu ilin aprelində "Azərenerji" ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANİR" arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev və "TAVANİR" şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb.

Y.Babanlı Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün növbəti üçtərəfli görüşün tarixini də açıqlayıb. "Azərenerji" rəsmisi qeyd edib ki, aprelin 26-da Bakıda baş tutan görüşdə əldə edilən razılığa görə iyun ayın sonunadək Moskva şəhərində üç ölkənin İşçi Qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub.

Bolqarıstana elektrik enerjisi satılması ilə bağlı danışıqlara gəlincə, Y.Babanlı bildirib ki, bununla əlaqədar "Azərenerji" tərəflər arasında danışıqları davam etdirmək qənaətindədir.

  • Əvvəlki

    İmişlidə yol tikintisinə 5,8 milyon manat ayrılıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0