Ötən illər ərzində Azərbaycanla Aİ arasında danışıqlarda artım müşahidə edilib.
"Kommersant" xəbər verir ki, bunu Aİ-Azərbaycan biznes forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
R.Məmmədov Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsindən də danışıb: "Azərbaycanın ticarət dövriyyəsinin 34%-i Aİ ölkələrinin payına düşür. Ötən il Aİ ilə ticarət dövriyyəsi 9,4 mlrd. dollar təşkil edib, dövriyyənin həcmində 15% artım qeydə alınıb. Aİ-nin neftə olan tələbatının 5%-ni Azərbaycan ödəyir. Aİ ölkələrinin Azərbaycana qoyduğu investisiyalar 11 min yeni iş yerinin açılmasına səbəb olub",- nazir müavini qeyd edib.
Onun sözlərinə görə, son 5 ildə Aİ-nin Azərbaycana yatırdığı sərmayələrin həcmi 15,3 mlrd. dollar olub. Nazir müavini əlavə edib ki, 1992-ci ildən bəri Aİ Azərbaycanda texniki dəstək layihələrinə 600 mln. avroluq dəstək verib. (Report)