USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda neft hasilatı 1% artıb, qaz hasilatı 5% azalıb

14.07.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,2 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 0,3% azaıəb.

"Kommersant"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 19,3 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 8,9 mlrd. kubmetr təşkil edib.

Bu ilin yanvar-iyun aylarında ölkədə 19 341,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-iyun ayının göstəricilərinə nisbətən 1% çoxdur. Bu ilin iyulun 1-nə 249,4 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 19 315,4 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,9% çoxdur.