USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nəhəng neft şirkəti “Statoil” Azərbaycanda daha bir şirkət yaradıb

10.05.2018 İqtisadiyyat
0 0
Yeni şirkət Qarabağ yatağında işləyəcək

"Statoil Azerbaijan Karabagh B.V." şirkəti Azərbaycanda filial açıb.

"Kommersant.Az" xəbər verir ki, bu barədə elan "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilib.

Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62 ünvanındakı "Marine Plaza"da yerləşir.

Onun qanuni təmsilçisi kimi İrlandiya vətəndaşı Favad Quraişi (Fawad Quraishi) müəyyən edilib.

Yeni yaradılan şirkət "Qarabağ" yatağında işləyəcək.