USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yanacağın qiyməti qalxacaq?

20.10.2018 İqtisadiyyat
0 0
Ölkədə yanacağın qiymətinin qalxacağı gözlənilir.

"Kommersant.az" xəbər verir ki, etibarlı mənbələrdən aldığımız məlumata görə, ölkədə yanacağın qiymətinin qalxması ehtimal edilir.

Deyilənlərə əsasən hətta bəzi yanacaqdoldurma məntəqələrində satışlar dayandırılıb. Qiymət artımının xüsusən dizel yanacağına tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, səhər saatlarında baş nazir Novruz Məmmədovun qərarı əsasında "Aİ-92" oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib. Belə ki, "Aİ-92" markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azaldılıb.