USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Neftin qiyməti yaxın gələcəkdə..."

19.11.2018 İqtisadiyyat
0 0
Qarşıdakı aylarda neftin bir barrelinin qiyməti 50 - 80 dollar aralığında dəyişə bilər.

Bu barədə açıqlamasında energetika üzrə fransalı mütəxəssis Kolet Levayner bildirib.

"Son iki il ərzində dünya iqtisadiyyatı neftə olan tələbatını sürətlə artırıb. OPEC hasilata məhdudiyyətlər müəyyən edib, eyni zamanda İranın neft ixracına dair sanksiyalar və ya Venesuelanın iqtisadi məhvi kimi neft ixracını məhdudlaşdıran bəzi geosiyasi məsələlər də var. Bu isə ona gətirib çıxardı ki, qiymətlər 2014-cü ildən etibarən ilk dəfə 80 dollar/barel səviyyəsinə (2018-ci ilin oktyabr ayında) yüksəldi", - K.Levayner deyib.

Ekspertin fikrincə, bazar daim dəyişir və son zamanlarda bəzi amillər neft ehtiyatlarının artmasına səbəb olub: "Hazırda dünyada iqtisadi inkişafda azalma yaşanır. Xüsusilə də böyük istehlakçı olan Çində bunu görmək olar. Bundan başqa, boru kəmərində aşağı ötürücülük qabiliyyətinə görə çətinlik yaradan ABŞ-ın şist neft ixracatı 2019-cu ildə yaxşılaşacaq və bu daha çox ABŞ neftinin ixracına imkan verəcək. Üstəlik, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bəzi tərəfdaş ölkələr üçün yüngülləşdirilib. Bütün bunlar neft ehtiyatlarının artmasına gətirib çıxarıb".

Yaxın gələcəkdə qiymətlərin hansı səviyyədə sabitləşə biləcəyinə dair sualı cavablandıran ekspert qeyd edib ki, neft hasilatı investisiya qərarları və neft hasilatı arasında uzunmüddətli, çoxlu kapital tələb edən sahədir. Onun fikrincə, bu sahənin əsaslandırılmış investisiya qərarları qəbul etmək üçün sabit neft qiymətinə ehtiyacı var.

"OPEC-in yenidən ABŞ ilə ticarət müharibəsinə başlayacağına inanmaq çətindir, çünki bu müharibə neftin qiymətini 26 dollar/barel səviyyəsinə qədər azaltdı və bu qiymət səviyyəsi bütün iqtisadiyyata zərər verdi. Həmçinin unutmaq olmaz ki, 2008-ci ildə neftin qiymətinin 150 dollar/barelə - pik nöqtəyə çatması iqtisadi böhranın başlanğıcı ilə üst-üstə düşdü və qiymətlər də endi. Bütün bunları nəzərə alsaq, qarşıdakı aylarda neftin bir barrel üçün qiymətinin 50-80 dollar aralığında dəyişə biləcəyini gözləmək olar", - ekspert bildirib.

report

  • Əvvəlki

    İspaniya telekanalı Abel Məhərrəmovun içib dava salmasından reportaj hazırladı - VİDEO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0