"Kommersant" xəbər verir ki, "The Wall Street Journal"ın yaydığı məlumata görə, ABŞ-ın neft ehtiyatlarından istifadə etmək hüququ var. Lakin Birləşmiş Ştatlar bu addımı ancaq xüsusi halda ata bilər. Belə ki, neft istehsalının artırılmasının qiymətləri tənzimləyə bilməyəcəyi halda, ABŞ tərəfi öz strateji neft ehtiyatlarından istifadə etməyin mümkün variantlarını araşdırır.
ABŞ, hazırda neft ehtiyatlarından istifadənin səmərəlilik dərəcəsini təhlil edir. Qeyd edək ki, Trumpın müttəfiqlərindən məsələyə etiraz edənlərlə yanaşı, müsbət yanaşanlar və ehtiyatlardan istifadənin yaxşı nəticə verəcəyini düşünənlər də var.