USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyaca məşhur neft şirkətindən 5 milyardlıq - MƏNFƏƏT

22.08.2018 İqtisadiyyat
0 0
Rusiyanın aparıcı neft-qaz şirkəti “Rosneft” 2018-ci ilin I yarısının maliyyə nəticələrini açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb. Məlumata görə, şirkət yanvar-iyun aylarında, təxminən, 309 mlrd. rubl və yaxud hazırkı məzənnə ilə, təxminən, 4,6 mlrd. ABŞ dolları mənfəət əldə edib.

"Rosneft" ötən il qəbul etdiyi qərara uyğun olaraq, mənfəətinin 50%-ni səhmdarlarına dividend kimi ödəyəcək.

Xatırladaq ki, neft-qaz nəhənginin nizamnamə kapitalı 105 981 778,17 rubldur. Bu məbləğ hər birinin nominal dəyəri 0,01 rubl olan 10 598 177 817 ədəd səhm əsasında formalaşıb. Şirkət dividend ödənişinə 154,5 mlrd. rubl yönəldəcək ki, bu da hər səhmə 14,58 rubl (0,22 dollar) dividend deməkdir.

"Rosneft" mənfəətinin məbləğini və dividendlə bağlı qərarını açıqladıqdan sonra fond birjalarında onun səhmləri 1,6% bahalaşıb.

Report

  • Əvvəlki

    Rusiyanın aktivləri blok edildi - ABŞ-da

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0