Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,13 dollar və ya 0,19% ucuzlaşaraq 68,59 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,06 dollar və ya 0,08% enərək 77,21 dollar olub.