USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Türkmənistana kömək edəcək

23.10.2018 İqtisadiyyat
0 0
Avropa İttifaqı, "Transxəzər qaz boru xətti"nin çəkilməsinə investisiya cəlb edəcək.

"Kommersant.az" xəbər verir ki, Türkmənistan nümayəndəliyi ilə Aİ arasında Brüsseldə danışıqlar keçirilib:

"Aİ tərəfindən "Transxəzər qaz boru xətti"nin çəkilməsinə və Türkmənistan təbii qazının Avropa bazarına çıxarılmasına böyük maraq var. Aİ nümayəndələri bu mühüm enerji layihəsinə investisiya cəlb etməyə hazır olduqlarını bildirdilər", - Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bildirib. O eyni zamanda qeyd edib ki, "Transxəzər qaz boru xətti"nin çəkilməsi layihəsi 30 ildən az olmayaraq bir müddət ərzində Avropa bazarını Türkmənistan təbii qazı ilə təchiz edəcək.

Qeyd edək ki, "Transxəzər qaz boru xətti", Türkmənistanın TANAP-a qoşulması üçün mühüm sayılır. TANAP qaz boru xətti Azərbaycan təbii qazının Gürcüstan və Türkiyə vasitəsilə Yunanıstan sərhədinə çatdırılması, oradan isə TAP vasitəsilə Cənubi Avropaya çıxarılmasını nəzərdə tutur.

Proqnoza görə, həmin qaz boru xətti vasitəsilə Azərbaycanın təbii qazı Avropa bazarına 2019-2020-ci illərdə çıxacaq.

  • Əvvəlki

    "Apple" daha çox pul ödəyəcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0