USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda turistləri daşıyan avtobus aşdı

01.06.2018 Hadisə
0 0
Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolunda baş verən avtobus qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Kommersant.Az"ın məlumatına görə, idarənin şöbə rəisi, polis mayoru Rüfət Quliyev Oxu.Az-a bildirib ki, Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb:

“Hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib.

Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub.

“Kamaz” arxadan “Mercedes”, “Setra” markalı sərnişin avtobusu isə “Kamaz”a çırpılıb. Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər – sürücü xəsarət alıb.

Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib”.

Hazırda hadisənin səbəbləri araşdırılır.