USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürücülərin nəzərinə! - Bu yollarda sürüşmə var+ Siyahı

02.06.2018 Hadisə
1 0
“Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Avtomobil yolunun sol yamac hissəsində olan çatların və qırılma qaşının ölçülərində artım qeydə alınıb”.

"Kommersant.Az" xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə. Qaralov bildirib ki, Şamaxı şəhərinin 48-A məhəlləsindəki sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri də artıb, sürüşmə sahəsində aktivlik müşahidə olunur: “Bundan başqa, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, lokal sahələrdə uçqun olub. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib. Xızı-Altıağac avtomobil yolunun 1-ci və 11-15-ci kilometrliklərində sürüşmə sahələrində aktivlik baş verib, avtomobil yolu boyu yeni uçqun-töküntü prosesləri müşahidə edilib”.

Ekspedisiya rəisi deyib ki, Astarada Deqədi-Pəlikəş avtomobil yolunun 5,7,8 və 10-cu km-liyində uçqun və sürüşmə sahələri aktivləşib, yolboyu bir neçə yerdə yeni sürüşmə, oturma prosesləri qeydə alınıb: “Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci kilometrliklərində atmosfer yağıntılarının təsirindən yolboyu yamacın bir neçə yerində yeni uçqun və sürüşmə sahələri əmələ gəlib. Lənkəranın Gəgiran kəndində də yeni sürüşmə və uçqun sahələri əmələ gəlib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunu 12-ci kilometrliyindəki sürüşmə sahəsində isə nisbi aktivlik müşahidə edilib, yolboyu avtomobil yolunun hərəkət hissəsində çökmə-oturma prosesləri çoxalıb”.

Ə. Qaralov qeyd edib ki, Masallıda Zuvand sürüşmə sahəsi aktivləşib, rayonun Güllütəpə sürüşmə sahəsinin parametrləri artıb: “Bundan əlavə, Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25 və 4-26-cı kilometrliklərində müşahidələr zamanı sürüşmə və uçqun sahələrində aktivlik qeydə alınıb”.