USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL-ın təyyarəsi İstanbuldan uçarkən quş ilə toqquşaraq geri qayıdıb

03.06.2018 Hadisə
0 0
AZAL-ın sərnişin təyyarəsi Türkiyənin Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı quş ilə toqquşduğundan, hava gəmisinin komandiri təyyarəni İstanbul hava limanına geri qaytarıb.

"Kommersant.AZ" “Report” a istinadən xəbər verir ki, "J2-080" İstanbul (IST) - Bakı (GYD) reysinin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq.

Şirkət yaranan narahatlığa görə səyahət edən sərnişinlərdən üzr istəyir.