USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samuxda su kanalında batan şəxsin meyiti tapılıb

04.06.2018 Hadisə
0 1
Samux rayonunda su kanalında batan şəxsin meyiti tapılıb.

"Kommersant"ın "Report"un Qərb bürosuna istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Qarabağlar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Samux rayonunun Çobanabdallı kənd sakini, 24 yaşlı Ceyhun Zaməddin oğlu Allahverdiyev su kanalında batıb. Onun çimərkən boğulduğu bildirilir. Yaxınları meyitin müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə təhvil verilməsini istəməyiblər.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.