USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxda xəstə cərrahiyə əməliyyatından sonra ölüb

02.07.2018 Hadisə
0 0
Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib.

"Kommersant" APA-nın qərb bürosuna istinadən xəbər verir ki, bu gün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib.

Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.