USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metrodan təxliyə olunan 11 nəfər həkim nəzarətindədir - NAZİRLİKDƏN AÇIQLAMA

04.07.2018 Hadisə
4 0
Ötən gün elektrik enerjisində yaranmış problem nəticəsində metronun işinə də təsir edib. Belə ki, bu sıxlıq metro istifadəçilərinin səhhətində ciddi problemlər yaradıb. Portalımıza daxil olan məlumatlara görə, bu səbəblə xəstəxanalara müraciət edənlərində sayı kəskin artıb.

"Kommersant" xəbər verir ki, dünən metrolara elektirik enerjisinin verilməsi axşam saat 18:50 radələrində dayandırılıb, qatarlar tuneldə qalıb. Səbəb kimi Mingəçevir SES-də baş vermiş qəza göstərilir. Bu səbəblə də tuneldəki vaqonlarda qalan sərnişinlərin səhhətində problemlər yaranıb.

Məsələyə aydınlıq gətirmək üçün səhiyyə nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov ilə əlaqə saxladıq. Onun sözlərinə görə, ötən gün xəstəxanalara ümumilikdə 17 nəfər gətirilib. Onlardan 6-na ilkin tibbi yardım göstərildikdən sonra eve buraxılıb. Digər 11 nəfər isə hələ də xəstaxanalarda həkim nəzarəti altındadır.

Qeyd edək ki, hadisə yerinə dünən təcili tibbi yardım maşınlarının çatmasında gecikmələr də müşahidə olunub. Buna səbəbi kimi isə yollarda işıqforun işləməməsi və sürücülərin təcili tibbi yardım maşınlarına yol verməməsi göstərilir.