USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ticarət Mərkəzində yanğın olub - XƏSARƏT ALANLAR VAR

15.07.2018 Hadisə
0 0
Fövqəladə Hallar Nazirliyi, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "Riyad" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

“Kommersant", FHN-nin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.