USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada təyyarə insanların üzərinə düşdü - Ölənlər və yaralılar var

14.10.2018 Hadisə
0 0
Almaniyanın Hesse əyalətində “Cessna” tipli yüngülmühərrikli təyyarə insanların üzərinə düşüb.

“Kommersant.az” xəbər verir ki, hadisə nəticəsində ən az 3 nəfərin öldüyü açıqlanıb. Daha 8 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb olunub.

Təyyarənin düşməsinin səbəbi hələlik bilinmir.