USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Report" 4 yaşını qeyd edir

27.10.2018 Hadisə
0 0
“Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 4 il ötür.

"Kommersant.az" iqtisadiyyat portalının rəhbərliyi və kollektivi “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 4 ili münasibətilə, agentliyin qurulub formalaşdırılmasında əməyi olan, bu gün də sağlam informasiya ənənələrinin davam etdirilməsində əzmlə çalışan yaradıcı və texniki şəxsi heyəti ürəkdən təbrik edir, yaradıcılıq uğurlarının davamını arzulayır. Həmişəki kimi xəbəriniz bol, qələminiz iti olsun, dəyərli həmkarlar.

Qeyd edək ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən dörd il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“Report”un Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropa üzrə müxbir postları, habelə Azərbaycan üzrə Qarabağ, Cənub, Aran, Şirvan, Qərb, Şimal, Şimal-Qərb büroları fəaliyyət göstərir.

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.