USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada futbolçu taksi sürücüsünü qətlə yetirdi

16.11.2018 Hadisə
0 0
Rusiyada adı açıqlanmayan dağıstanlı futbolçu taksi sürücüsünü qətlə yetirməkdə və onun avtomobilini qaçırmaqda şübhəli bilinir.

"Kommersant.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisəni Həştərxanın "Zvezda" komandasında baxışda olan oyunçu törədib. O, 78 yaşlı taksi sürücüsünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Oğurlanan "Fiat" markalı avtomobil 23 yaşlı idmançının yaşadığı Xasavyurt şəhərində aşkarlanıb.

Bildirilir ki, şübhəli şəxs Həştərxandan Komsomolskaya getmək üçün taksi sifariş verib. Buradan isə Xasavyurta avtobusla getməyi planlaşdırıb. Ancaq yolda taksi sürücüsünü qətlə yetirib.

report