USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəncədəki partlayışla bağlı son məlumat - Ölən şəxslərin sayı artdı

20.11.2018 Hadisə
0 0
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, son məlumata əsasən hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralıdır.

“Dağıntılar altından altından öncə bir nəfərin cansız bədəni tapıldı. Son məlumata əsasən ölənlərin sayı artdı. Onlar ana və oğuldur. Ana müəllimədir. Oğlunun 21 yaşı var”,-deyə nazirlikdən bildirilib.

Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində yaralanan hərbçinin durumu orta ağırdır: “Ona lazım olan tibbi yardım göstərilir. Ümumilikdə hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib”.

bizimyol