USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakılılar kömək üçün prezidentə müraciət etdi

29.11.2018 Hadisə
0 0
Müraciətinə heç bir qurum tərəfindən baxılmayan sakinlər çarə olaraq ölkə başçısına məktub göndərdi.

“Kommersant.az” xəbər verir ki, Tbilisi prospektində yerləşən “İshiq İnshaat” kompleksinin sakinləri ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Sakinlərin sözlərinə görə, dəfələrlə əlaqədar qurumlara problemlə bağlı məlumat verilsə də, heç bir tədbir görülməyib.

Belə ki, sakinlər artıq 10 ildən artıqdır sözügedən ərazidə 250 ailənin əmin-amanlıq içərisində yaşadığını söyləyib. Onların dediyinə görə, bu yaşayış binanın yanında “Baku City Restoran” adlı gecə klubunun açılmasına qədər davam edib. İndi isə klubun fəaliyyəti nəticəsində sakinlər səs-küy içərisində, hər an cinayət baş verə biləcəyi qorxusu ilə yaşayırlar.

Bina sakinləri bu səbəbdən imza toplayaraq prezidentə məktub göndərib və prezidentdən məsələyə müdaxilə edərək lazımi qurumları müvafiq tədbirlər görməyə cəlb etməsini istəyir.

Haqqın