USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kriptovalyuta ödəniş vasitəsi kimi qəbul edildi - AZƏRBAYCANDA İLK

17.05.2018 Bank
0 0
Azərbaycanda ilk dəfə olaraq ödəniş vasitəsi kimi otel bronlamasında kriptovalyutadan istifadə mümkün olub.

"Kommersant.Az" xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən Hotels24 otel və aviabilet bronlama xidməti , müştərilərindən ödənişi, kriptovalyutalarla qəbul edir. Hotels24-ün təsisçisi Samir Nəbiyev açıqlaması zamanı ödənişin nəinki bank kartları ilə həmçinin bitcoin, bitcoincash, bitcoin gold, litecoin və dash kriptovalyutaları ilə mümkün olduğunu bildirib.

Qeyd edək ki, kriptovalyuta ilə otel bronlaması xidmət tərəfindən yalnız Azərbaycan daxili otellərə aid edilib.

Məlumat üçün bildirək ki, Hotels24 xidməti vasitəsi ilə dünyanın istənilən nöqtəsində otel bronlamaq və aviabilet sifariş etmək mümkündür.