USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 200 dollar bahalaşdı - QİYMƏTLƏR

21.05.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda bahalaşma müşahidə olunur

"Kommersant.Az" xəbər verir ki, mayın 21-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 85-i bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 212 dollar və ya 2,5 bahalaşaraq 8490 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 58 dollar və ya 0,6% bahalaşıb.

Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 9 dollar və ya 1,2% bahalaşaraq 715 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 8 dollar və ya 1,1% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Bytom-da(27,26%), ən çox ucuzlaşma isə Veritaseum-də(3,54%) müşahidə olunub.