USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin də bahalaşır - QİYMƏT

06.06.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında kütləvi bahalaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyunun 6-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 90-nı bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 195 dollar və ya 2,62% bahalaşaraq 7635 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 151 dollar və ya 2,01% bahalaşıb.

Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 21 dollar və ya 3,57% bahalaşaraq 608 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 46 dollar və ya 8,18% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Nexus-də(15,02%), ən çox ucuzlaşma isə MOAC-də(6,30%) müşahidə olunub.