USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 300 dollar bahalaşdı - SON QİYMƏT

03.07.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyulun 3-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 322 dollar və ya 5,10% bahalaşaraq 6634 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 349 dollar və ya 5,55% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma WAX-da(41,75%), ən çox ucuzlaşma isə Status-da(1,25%) müşahidə olunub.