USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 1000 dollar bahalaşdı - SON QİYMƏT

18.07.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb

"Kommersant" xəbər verir ki, iyulun 18-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 98-i bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 704 dollar və ya 10,4% bahalaşaraq 7422 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 1045 dollar və ya 16,3% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Wanchain-də(22,43%), ən çox ucuzlaşma isə TenX-da(3,72%) müşahidə olunub.