USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin bahalaşmağa başladı - SON QİYMƏT

17.08.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, 17 avqusta olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ündə kəskin bahalaşma qeydə alınıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 163 dollar və ya 2,57% bahalaşaraq 6484 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 18 dollar və ya 0,27% bahalaşıb.