USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 200 dollar bahalaşdı

10.05.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma müşahidə olunur

"Kommersant.Az" xəbər verir ki, mayın 10-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 89-u bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 214 dollar və ya 2,3% bahalaşaraq 9307 dollara yüksəlib.

Son bir həftə ərzində isə bitkoin 101 dollar və ya 1,09% bahalaşıb.

Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 33 dollar və ya 4,5% bahalaşaraq 758 dollar olub.

Son həftə ərzində isə Ethereum 41 dollar və ya 5,7% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Dentacoin-da(47,51%), ən çox ucuzlaşma isə Mixin-də(2,54%) müşahidə olunub.