USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin çökdü

21.11.2018 Bank
0 0
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin 5 min dollar həddindən aşağı düşüb.

"Kommersant.az" xəbər verir ki, bu göstərici 2017-ci ilin oktyabrından bəri ilk dəfə qeydə alınıb.

Ötən gün bitkoinin qiyməti sutka ərzində 10 faiz azalaraq 4,500 dollara bərabər olub. Daha sonrakı saatlarda bitkoin ucuzlaşmaqda davam edərək 4,354 dollaradək enib .

Xatırladaq ki, ötən ilin dekabrında bitkoinin qiyməti 20 min dollaradək yüksəlmişdi.