USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanın çox güclü manata ehtiyacı yoxdur"

05.12.2018 Bank
0 0
Milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyi. Maliyyə naziri Samir Şərifov belə hesab edir.

"Çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır", - S.Şərifov AzTV telekanalında "Günün nəbzi" verilişinin efirində bildirib.

Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət "makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın" dəstəklənməsinə yönəldilib.

2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən 2 dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4% möhkəmlənib. 2018-ci ilin 11 ayı ərzində manat dollara nisbətən 0,01% möhkəmlənib.