USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED-in faizləri artırması fonunda Yaponiyada fövqaladə - İCLAS

20.12.2018 İqtisadiyyat
0 0
Yaponiya Maliyyə Nazirliyi Tokio Fond Birjasında səhmlərin kəskin enişi ilə bağlı Mərkəzi Bankla birlikdə fövqəladə məsləhətləşmə keçirmək barədə qərar qəbul edib.

"Kommersant.az" xəbər verir ki, bu addım qiymətli kağızlar bazarında yaranan vəziyyətlə bağlı hökumətin narahatlığını əks etdirir. Dekabrın 20-də Tokio Fond birjasında Asiyanın ən böyük indeksi olan "Nikkey" son 15 ayın ən aşağı həddinə enib. Bu indeks bir gün əvvəlki göstərici ilə müqayisədə 2,84 faiz itirib. Bunun ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq barədə qərarından sonra baş verdiyi bildirilir ki, bu da öz növbəsində bazar oyunçularına təsir edib.Nəticədə Nyu-Yorkadakı hərraclarda "Dow Jones" indeksi də son 13 ayın ən aşağı həddinə düşüb. Tokiodan əlavə, Şanxay və Honkonq da daxil olmaqla digər Asiya birjalarında səhmlərin məzənnəsinin kəskin endiyi qeyd olunur.

  • Əvvəlki

    Unikal avtomobilin FANTASTİK qiyməti

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0