USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mastercard” loqotipini dəyişir - FOTO

10.01.2019 İqtisadiyyat
0 0
Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti loqotipini rebrendinq edəcək. Loqodan şirkətin adı götürülərək yalnız kəsişən iki dairə saxlanılacaq. Şirkətin rəhbərliyi hesab edir ki, “Mastercard”ın iki kəsişən dairə şəklində olan simvolu şirkəti bir sözdən daha yaxşı təmsil edir, müasir dizayn isə loqoya rəqəmsal məkanda maneəsiz işləməyə imkan verəcək.

"Rəqəmsal texnologiyalar dövründə fikri dəyişmək müasir bəsitlik tələb edir. İnsanlarln 80-i "Mastercard"ın rəmzini sözsüz belə tanıyır, bu səbəbdən düşündük ki, brendin inkişafı istiqamətində növbəti addımın atılmasına hazırıq", - deyə "Mastercard"ın marketinq və kommunikasiyalar üzrə direktoru Raca Racamannar bildirib.

Qırmızı və sarı rəngdə olan qapalı dairələr "Mastercard" brendinin 50 ildən çox bir müddət ərzində fərqləndirici nişanı idi ki, bu da brendin məqsədini insanların qiymətsiz imkanları ilə simvolizə edirdi. Dərhal tanınan dairələr insanları tələbatlarına yaxınlaşdıran və onlara tranzaksiyaların təhlükısiz olduğuna inam verən güclü bir rəmzdir.

"Biz elə bir dövrdə yaşayırıq ki, sözdən daha çox işarələr və simvollarla danışırıq. 1966-cı ildə təsis olunduğu andan etibarən "Mastercard" iki kəsişən dairə ilə təmsil olunurdu, sarı və qırmız. Hazırda "Mastercard" adı ilə deyil, simvolu ilə təmsil olunan elit brendlər sırasına daxildir. "Mastercard"ın bir biri ilə əlaqəli iki dairə şəklidə olan simvolu həmişə şirkətin insanları birləşdirmək tərəfdarı olduğunu təmsil edib. İndi bu qavrayış "Mastercard"ın simvolik brend statusu sayəsində güclənəcək", - deyə "Pentagram" dizayn agentliyinin partnyoru Maykl Berut qeyd edib.

  • Əvvəlki

    Almaniya aeroportlarında yüzlərlə reys təxirə salınıb

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0