USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dolların qalxması ilə bağlı - RƏSMİ AÇIQLAMA

31.01.2019 Bank
0 0
Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

"Kommersant.az" xəbər verir ki, o, özəl açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb:

"Əsası olmayan boş-boş sözlər danışırlar. Bu günki gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi stuasiya, makroiqtisadi sabitlik üzərində qurulub".

E.Rüstəmov Azərbaycan neftinin dünya bazarında qiyməti ucuzlaşarsa belə dolların kursuna təsir etməyəcəyini də vurğulayıb:

"Bütün bunlara görə, Mərkəzi Bank və Hökumətin vahid planı var. Yuxarıda qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik höküm sürüb. 2019-cu ildə də belə olacaq".

Unikal