Bu ilin I rübündə Azərbaycan manatı MDB məkanında ABŞ dollarına nisbətdə bahalaşan 6 milli valyutadan biri olub.
"Kommersant" "Report"a istinadən xəbər verir ki, manatın məzənnəsi dollar qarşısında 0,32% güclənib.
Ən çox bahalaşan isə Ukrayna qrivnası olub. Bu valyuta rüb ərzində Amerika valyutasına nisbətdə 7% güclənib. Növbəti yerlərdə gürcü larisi (6%), Moldova leyi (1,57%), qırğız somu (1,45%) və erməni dramı (0,32%) qərarlaşıb.
Dollara nisbətdə ən çox dəyər itirən milli valyuta isə Rusiya rublu olub. Belə ki, yanvar-mart aylarında bu valyuta 8%-dən çox ucuzlaşıb. MDB-də dəyər itirmiş valyutaların sırasında belarus rublu (-0,42%), özbək sumu (0,61%), qazax təngəsi (2,55%) və tacik somonisi (3,55%) də var.