ABŞ tətbiq etdiyi müxtəlif sanksiyarla İranın neft ixracına problem yaratmağa və gəlirlərini sıfırlamağa çalışır.
"Kommersant" xəbər verir ki, Dövlət Departamentindən verilən məlumata görə, ABŞ bundan sonra İrana qarşı tədbirləri daha da artıracaq. Dövlət departamentinin siyasi planlaşdırma idarəsinin direktoru Brian Hook jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bizim məqsədimiz enerji sanksiyaları ilə İran rejiminə təzyiqi artırmaq, neft gəlirlərini sıfıra endirməkdir.
Ekspertlərin sözlərinə görə, ABŞ-ın başlatdığı bu təzyiqlər İran üçün çox böyük zərbə olacaq və İslam Respublikasının iqtisadiyyatına mənfi təsir edəcək.