USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il kriptovalyutalar bahalaşacaq - EKSPERT RƏYİ

04.07.2018 İqtisadiyyat
0 0
Kriptovalyutalar inkişaf yolunu davam etdirəcək.

Kriptovalyuta bazarında bütün rəqəmsal pullar yenidən ucuzlaşıb.

Belə ki, "bitcoin" 2,17% ucuzlaşaraq hazırda 6502 dollara satılır. "Ethereum"un qiyməti isə 3,55% düşərək 463 dollara ticarət edilir. "Bitcoin cash" də 6,54% ucuzlaşaraq 756 dollara düşüb.

Bəs görəsən kriptovalyuta bazarında sözün əsl mənasında nə baş verir? Virtual pullar "çökür"mü?

"Virtual pullar dünyanın maliyyə- sisteminə yeni daxil olan anlayışdır. Təxminən 10 illik tarixə malik vasitə üçün kəskin artımlar və enişlər təbii hal sayılmalıdır.

"Kommersant" xəbər verir ki, bunu portalımıza açıqlamasında iqtisadçı ekspert Sənan Həsənov bildirib.

Onun sözlərinə görə, digər valyutalar (dollar, rubl və s.) virtual pullara nisbətən müəyyən stabil artım və azalma templərinə malikdirlər:

"Həmin templər adətən bir neçə faiz aralığında dəyişir. Kriptovalyutalar isə yeni olduğuna görə qeyri-stabil tempə malikdirlər. Bunun isə bir neçə səbəbi var. Əllərində böyük həcmdə virtual pul olan institusional investorların virtual bazara olduqca böyük təsir qüvvəsi var. Onlar kriptovalyutanı satışa daxil etdiyi zaman qiymətlərdə azalmalar, alış etdikləri zaman isə artımlar baş verir".

Ekspert qeyd edib ki, 2018-ci il kriptovalyutaların tarixində həlledici sayıla bilər:

"İlin sonuna kimi dünya səviyyəsində istər qanunvericilik, istərsə də virtual pulların taleyi ilə bağlı konkret addımların atılacağı gözlənilir. Kriptovalyutalar inkişaf yolunu davam etdirəcək. Yeni texnologiya ənənəvi pulların yenilənmiş variantı və dünyanın tələbidir.

Kriptovalyutaların artım tempi 2016-cı ilin ortalarından başlayaraq 2017-ci ilin sonunda pik həddə - 20 min dollar çatmışdı. Yəni, bitkoinin bahalaşması üçün 1,5 il sərf olunub. 2017-ci ilin sonundan etibarən, kriptovalyutalar eniş dönəminə daxil olmağa başladı. Proses təxminən 1,5 il davam edəcək. 2018-ci ilin əvvəlindən başlayan eniş trendi 2019-cu ilin ortalarına qədər davam edəcək. Sonra isə artım trendi başlayacaq. Çünki təklif hər il azalır, tələb isə getdikcə artır".

S.Həsənov vurğulayıb ki, virtual pullara sahib olan insanlar onu uzunmüddətli saxlama vasitəsi kimi nəzərdən keçirsələr, daha məqsədəuyğun olar:

"Bədbinliyə qapılmasınlar, sadəcə olaraq şifrə və parollarını özlərində saxlamaqla təxminən 5 ilə kəskin fərqi görəcəklər. İstehsalında məhdudiyyət olan vasitələrin qiymətinin artması uzunmüddətli prosesdə labüd sayılır. Məsələn, torpaq resursları məhdud olduğundan onların qiyməti müəyyən zaman kəskin enə, təxminən 10 ildən sonra isə arta bilər. Çünki tələb artır, təklif azalır. Təklifin azalması isə həmin məhsulun qıtlığına, qıtlıq isə qiymət artımına gətirib çıxarır".

  • Əvvəlki

    Sərnişinlərdən ödəniş yığan avtobus sürücüləri cəzalandırılacaq - AGENTLİKDƏN AÇIQLAMA

Digər xəbərlər