USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milyarder olmaq üçün ən rahat biznes sahələri

13.07.2018 İqtisadiyyat
0 0
Bu sahədə orta hesabla 5 ilə milyarder ola bilərsiniz.

"Kommersant" xəbər verir ki, texnologiya sektoru digərləri ilə müqayisədə daha tez pul qazandırır. Belə ki, texnologiya sahəsində şirkət quraraq orta hesabla 5 ilə milyarder ola bilərsiniz. Dünyanın ən zəngin insanları siyahısına daxil olan "Amazon", "Facebook" və "Google" kimi texnologiya şirkətlərinin adlarının olması ekspertlərdə bu sahədə gəlirin daha yüksək olması fikrini formalaşdırıb.

Məsələn, enerji, iqtisadiyyat, daşınmaz əmlak sahəsinə yatırım edənlər milyonlara çatmaq üçün 10 il gözləməli olur. Amma texnologiyada hətta milyon yox, milyard dolları 1 ildə qazanan "Facebook" rəhbəri Mark Zukerberq kimi nümunələr var. Zukerberqin ardından 2 ildə milyard qazanan "Amazon" rəhbəri Jeff Bezos, "Tencent" rəhbəri Ma Huateng 3 ildə, "Google" rəhbərləri Larry Page və Sergey Brin isə 5 ildə milyarder olublar. "Google" qurucularının bu qədər gözləməsinə səbəb isə digərlərindən fərqli olaraq 2 milyrd qazanmasında olub.