USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərə Mərkəzi Bankından SOS - BANKİRLƏR İŞSİZ QALA BİLƏR

18.07.2018 İqtisadiyyat
0 0
İqtisadiyyatda ağır nəticələr meydana gələ bilər.

"Kommersant" xəbər verir ki, İngiltərənin Mərkəzi Bankının rəhbəri Carney jurnalistlərə açıqlamasında bildirib ki, "Brexit" Avropa Birliyi ilə münasibətlər yaxşılaşdırılmadan reallaşarsa, nəticələr ağır olar.

Mark Carneyin sözlərinə görə, Avropa Birliyi ilə münasibətlərin pisləşməsi İngiltərə banklarında faiz dərəcələrinin dəyişməsinə, əksər bankirlərin işsiz qalmasına gətirib çıxara bilər. O əlavə edib ki, xüsusilə, İngiltərə ÜTT-nin qaydaları əsasında hərəkət etmək məcburiyyətində qalarsa, BB iqtisadiyyatı bu vəziyyətdən çıxmaya bilər.

Carney sonda mümkün ola biləcək hər situasiyaya hazırlıqlı olmaq lazım olduğunu vurğulayıb.