USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Borcların məbləği artıb - 247 TRİLYON DOLLAR

18.07.2018 İqtisadiyyat
0 0
Rusiya borc almağa hazırlaşır.

"Kommersant" xəbər verir ki, dünya səviyyəsində qlobal borcun məbləği böyüyərək 247 trilyon dollara çatıb. Bu isə dünya ÜDM-nin 318%-ni təşkil edir. Rusiyanın isə borc yükü, əksinə azalaraq 32,6 milyard dollar olub.

Rusiyanın Mərkəzi Bankı isə məsələyə münasibətdə, iqtisadiyyatın borcların hesabına yox, yatırımların hesabına gücləndirilməli olduğunu bildirib. Bank onu da açıqlayıb ki, Mərkəzi Bank yenə borc verməyə hazırdır, amma o halda ki, bu borclar investisiya məqsədləri üçün istifadə olunsun.

Qeyd edək ki, Rusiyanın xarici borcu hazırda 485 milyard dollardır. Bunun isə yalnız 15%-i dövlətin hesabına düşür və dünya statistikasında bu ən aşağı göstərici hesab olunur.