Avropa Statistika Ofisinin (Eurostat) yaydığı məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində may ayında 1,9 faiz olan illik inflyasiya iyunda 2%-ə qalxıb.
28 üzvlü Avropa Birliyində (AB) isə mayda 2 faiz olan illik inflyasiya, iyunda 2 faiz səviyyəsində qalıb.
AB-də iyunda ən aşağı illik inflyasiya 0,7 faiz ilə İrlandiyada, 1 faiz ilə Yunanıstanda və 1% ilə Danimarkada qeyd edilib.
Ən yüksək illik inflyasiyaya malik ölkələr isə 4,7% ilə Rumıniya və 3,9% ilə Estoniya olub.
Avropa Mərkəzi Bankı (ECB) regionda qiymət sabitliyini təmin etmək üçün orta perspektivdə 2%-ə yaxın səviyyəsində inflyasiya hədəfləyir. Bank, bu istiqamətdə aktiv alışı proqramı və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.