USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fed sədri: Kriptovalyutalar böyük risk daşıyır

19.07.2018 İqtisadiyyat
0 0
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerome Pauell (Jerome Powell), kriptovalyutaların investorlar üçün böyük risklər yaratdığını deyib. Fed sədrinin bu sözləri kriptovalyuta bazarına dair narahatçılıqları daha da artırıb.

"Kommersant" xəbər verir ki, Konqres üzvləri qarşısında çıxış edən Pauell, təcrübəsiz investorların qiyməti yüksələn aktivlər görəndə "Əla, bunu satın alacağam" deyə düşündüklərini, əslində, bunun heç bir zəmanəti olmadığını bildirib və əlavə edib: "Bunlara əlavə olaraq investor və istehlakçı hüquqlarının qoruması problemləri var. Kriptovalyutaların istifadə dəyəri olmadığından real pulun yerinə qoyula bilinməz. İnvestorlar üçün böyük risklər daşıyır".

İKİ ÇIXIŞ ARASINDA ZİDDİYYƏT

Cerome Pauellin bu çıxışı, ötən il Fed sədrliyinə namizəd olan zaman verdiyi açıqlamalarla zidddir. Pauell, o zaman, kriptovalyutaların ucuzlaşmasının iqtisadiyyatın stabilliyi pozmayacağını, ancaq uzun perspektivdə kriptovalyutaların önəmli ola biləcəyini, Bitcoin-in altında "yatan" Blockchain texnologiyasının ödənişlər sahəsində ciddi istifadə olunacağını bildirmişdi.

  • Əvvəlki

    Vətəndaşlar dövlətə elektrik enerjisi satacaq - ARAŞDIRMA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0