USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur şirkətin rəhbəri məhkəməyə verilib

11.08.2018 İqtisadiyyat
0 0
Elon Muskun şirkəti çətin vəziyyətdədir?

"Kommersant.az" xəbər verir ki, "Tesla"nın səhmdarları şirkət rəhbəri Elon Musku yarana biləcək ödəmələrdən xəbərdar etmədiyi üçün məhkəməyə veriblər.

Belə ki, onlar Muskun bəyanatlarının qiymətli kağızlarla bağlı federal qanunu, habelə investorların hüquqlarının qorunması haqqında qanunu pozduğunu iddia edirlər. Xatırladaq ki, şirkət rəhbəri "Tesla" səhmlərinin 420 dollara alına biləcəyini açıqlamış, bununla da səhmlərin qiyməti sürətlə artmışdı.

Əgər hazırki vəziyyətdə Musk şirkətin səhmlərə qoyulan pulu qaytarmaq iqtidarında olduğunu sübut edə bilməsə, məhkəmə onun üçün mənfi nəticələnə bilər.