USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin kredit dərəcəsi müsbət qiiymətləndirilib

15.08.2018 İqtisadiyyat
0 0
“Türkiyəyə yatırım etmək olar”.

"Kommersant.az" xəbər verir ki, "JCR Eurasia Rating" rəhbəri Orhan Ökmen Türkiyə ilə bağlı açıqlama verib. Ökmen açıqlamasında Türkiyəyə yatırım olunmasında heç bir problem olmadığını bildirib. Belə ki, onun sözlərinə görə, ölkənin kredit dərəcəsi yatırıma icazə verəcək səviyyədədir, amma iqtisadiyyatın vəziyyətinə uyğun olaraq növbəti 3 ay ərzində yenidən dəyərləndirmə aparılacaq.

"JCR Eurasia Rating"dən Türkiyənin son zamanlardakı gərgin iqtisadi vəziyyəti ilə bağlı bəzi fikirlər də söyləyib. Belə ki, agentlik Türkiyənin xarici borcunun artmasının, FES-in işləmə mexanizminin, Türkiyənin maliyyə ilə bağlı tərəddüdlü yanaşmalarının, TL-nin gücünü kəskin şəkildə azaltdığını və kəskin zərbəyə məruz qoyduğunu bildirib.

Ökmen, sonda sadalananların nəticəsinin iqtisadi sferada növbəti 3 ay içərisində təsirlərinin görünəcəyini və kredit dərəcələrinin də onda yenidən nəzərdən keçiriləcəyini əlavə edib.