USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kiber təhlükəsizlikdən istifadə olunacaq

15.08.2018 İqtisadiyyat
0 0
Çin ticarət müharibəsində yeni üsuldan istifadə edəcək.

"Kommersant.az" xəbər verir ki, Çin ABŞ-la olan ticari savaşın gərginləşəcəyi halda vergilərə cavab olaraq "görünməz silah"dan, kiber təhlükəsizlik standartlarından istifadə edə biləcəyini açıqlayıb.

Sözügedən standartlar hökumət proqramlarının sistem şəbəkəsinin qorunmasını təmin edir. Adətən bu proqram könüllülük prinsipi əsasında tətbiq edilir. Çin ondan xarici şirkətlərlə əlaqələrində tez-tez istifadə edir.

Qeyd edək ki, Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən verilən məlumata görə Çin ümumiyyətlə son zamanlarda çox sayda müxtəlif standartlardan istifadə etməyə başlayıb.