"Kommersant.az" xəbər verir ki, Türkiyədə avqust ayının ortasından başlayaraq Sentyabr ayına qədər davam edən bal yığımının bitməsi ilə Siirtli bölgəsində arıçılar evlərinə qayıdacaq.
Sorğu zamanı arıçılardan biri 930 AZN (3.000 Türk Lirəsi) maaş təklif etdiyi halda mövsümi bölgəyə arıçı tapa bilməməsindən şikayət edib. Kemal Elinç adlı istehsalçı bölgənin həm terrordan təmizləndiyini, həm də dövlət tərəfindən lazımi avadanlıqlarla təmin olunduqlarını da sözlərinə əlavə edib.
Qeyd edək ki, qardaş ölkədə xüsusən əlverişli hava şəraitinin, dövlət qayğısının olması yüksək miqdarda bal tədarükünə əsas verib. Lakin bununla belə istehsalçılar arıçıların miqdarının ehtiyacdan aşağı olduğunu söyləyir.