USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Texnologiya”dan vergi alınmayacaq

06.09.2018 İqtisadiyyat
0 0
Almaniyanın qərarı açıqlandı.

"Kommersant.az" xəbər verir ki, Almaniya Maliyyə Nazirliyi ötənlərdə texnologiyanın nəhəngləri hesab olunan "Google", "Facebook", "Amazon", "Apple" kimi şirkətlərdən vergi almaqla bağlı təklif irəli sürmüşdü. Həmin verginin isə 3% olması nəzərdə tutulurdu.

Nazirlikdən bu gün gələn açıqlamada sözügedən qərarın yararsız olacağı və Avropa Birliyinə 5 milyard avro qazandıra biləcəyinə baxmayaraq, istənilən nəticənin əldə olunmayacağı səbəbiylə ləğv edilməsi bildirilib.

Nazirlik açıqlamasında, qərarın ləğvinə təsir edən əsas amilin vergi tətbiq olunacağı halda, texnologiya nəhənglərinin fəaliyyətlərini verginin aşağı olduğu ölkələrə yönəldə biləcəyini söyləyib.