USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir şirkət iflas edir

08.09.2018 İqtisadiyyat
0 0
Türkiyə şirkətləri iqtisadi çətinliyə tab gətirmir.

"Kommersant.az" xəbər verir ki, Türkiyədə avtomobil icarəsi ilə məşğul olan böyük şirkətlərdən "Fleetcorp AŞ" iqtisadi çətinliyə tab gətirə bilmədiyi üçün iflas sertifikatı tələb edib. Dünən bununla bağlı məhkəməyə müraciət edən şirkətin ümumi borcu 1,8 milyard lirəni ötüb.

Daha çox banklara borclu olan bu şirkətin müraciəti hələ ki, cavablandırılmayıb. Qeyd edək ki, şirkətdən alacağı olan "Mercedes-Benz" artıq gözləməyəcəyini bildirərək icradan avtomobilləri satışa çıxarmağı istəyib.